Ölkəmizin inkişaf modeli nümunəyə çevrilib

İlham Əliyev: “Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq”

Azərbaycanın uğurlu inkişaf modeli bir çox ölkələr üçün nümunəyə çevrilib. Bu inkişaf özünü həm siyasi-hunaitar, həm də sosial-iqtisadi sahələrdə büruzə verməkdədir. Dünya ölkələrində baş verən iqtisadi tənəzzül zəminində Azərbaycanda nəinki iqtisadiyyatın dayanıqlığı təmin edilib, hətta inkişaf dinamikası müşahidə olunmaqdadır. Avropa ölkələri miqrantların axışı səbəbindən humanitar fəlakətlə üz-üzə qaldıqları halda Azərbaycanda qaçqın və məcburi köçkünlərin rifahı günü-gündən yaxşılaşdırılır. Heç şübhəsiz ki, bütün sadalanan naliyyətlərə ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub. Vaxtilə maddi nemətlərin bir çoxunu xaricdən idxal edən Azərbaycan indi nəinki öz vətəndaşlarını ərzaqla təmin edir, hətta məhsul ixracatçı ölkəyə çevrilib. Söz yox ki, Azərbaycanın bu uğurunda regionların da öz payı var. Artıq bölgələtrimizdə kifayət qədər istehsal və emal müəssisələri açılıb ki, şübhəsiz onlar vətəndaşların məşğulluq probleminin həllimdə əhəmiyyətli rol oynayır. Bu uğurlar prezident İlham Əliyevin Ucara səfəri zamanı da səsləndirilib: "Bu gün quşçuluq fabriki ilə tanış oldum. Çox müasir bir sənaye müəssisəsidir. Həm iş yerlərinin yaradılması, həm yerli istehsalın gücləndirilməsi və ən əsası odur ki, biz indi özümüzü ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu fabrik işə düşəndən sonra biz özümüzü quş əti ilə 100 faiz təmin edirik. Amma 10 il bundan əvvəl heç özümüzü 50 faiz də təmin etmirdik. Xaricdən asılı idi, idxaldan asılı idi, xaricə pul ödənilirdi. İndi pul Azərbaycanda qalır, yerli sahibkarlar işləyir, pul qazanır, işçilərə əmək haqqı verirlər. Özü də bu fabrikdə işləyənlərin əksəriyyəti qadınlardır. Bu da qadınlar üçün iş yerləridir. Bax, düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq". Etiraf edilməlidir ki, Azərbaycanın belə uğurlu inkişafı ölkədə sabitlik və təhlükəsizliyin qarantına çevrilir. Artıq fəxarətlə deyə bilərik ki, hazırda dünya ölkələrinin vətəndaşları ilə müqayisədə Azərbaycan vətəndaşları sabitlik və təlükəsiz şəraitdə yaşayırlar. Yeri gəlmişkən qeyd edək ki, torpaqlarının 20 faizi işğal altına olan, əsrlərlə məkirli düşmən dövlətin hədəfində olan ölkənin vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması elə də asan məsələ deyil. Yalnız həyata keçirilən uğurlu daxili və xatici siyasət nəticəsində belə təhlükəsiz həyat şəraiti əldə etmək mümkündür. Təsadüfi deyil ki, dövlət başçısı qeyd edib ki, Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır. Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq. Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsə qoşulmuruq. Ona görə, bəzi hallarda təzyiqlərə də məruz qalırıq. Ancaq biz əsas məqsədi təmin edirik - Azərbaycanın təhlükəsizliyi, inkişafı, insanların rifahı və xoşbəxtliyi". Qeyd edək ki, Azərbaycan dünyanın bir parçası olduğundan beynəlxalq aləmlə təcrid olunmuş şəkildə yaşaya bilməz. Elə ona görə də Azərbaycan dünya ölkələri ilə siyasi, iqtisadi əlaqələrin inkişafına üstünlük verir. O da faktdır ki, dünya ölkələrində baş verən böhran, iqtisadi təlatüm Azərbaycanın nümunəvi inkişaf modelini üzə çıxartdı. Bu fakt dövlət başçısı İlham Əliyev tərəfindən də təsdiqlənib. İlham Əliyev bildirib ki, bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur: "Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq". Sirr deyil ki, ölkədə həyata keçirilən social-iqtisadi tədbirlərin nəticələrini vətəndaşlar öz güzəranlarında hiss etməmiş deyillər. Sevindirici hal odur ki, bu siyasət davam etmək əzmindədir. Yəni, dövlətin başlıca məqsədi öz vətəndaşlarının layiqli həyat şəraitini təmin etməkdən ibarətdir. Bunun üçün isə görüləsi işlər kifayət qədərdir: "Hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq". Şübhəsiz ki, qarşıya qoyulan məqsədə çatmaq üçün ilk növbədə qeyri-neft sektorunun inkişafına nail olmaqla iqtisadiyyatın neft sektorundan asılılığını aradan qaldırmağa ehtiyac var. Yalnız bu halda neftin dünya bazarındakı qiymətinin sürüşməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşə bilər. Artıq illərdir ki, Azərbaycanda bu iqtiqamətdə işlər gedir və xeyli naliyyətlər əldə edilib: "Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00