AMİP-in qurultayı tezləşdirilə bilər

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin partiya rəhbərliyindən istefa verməsi partiyanın qurultayını tezləşdirə bilər. Bu barədə məlumatı "OLAYLAR"-a AMİP Siyasi Şurasının üzvü Əli Oruclu verib: "Yəqin ki,  AMİP Mərkəzi Şurası qısa müddətdə toplanaraq qurultayın vaxtını müəyyən edəcək. Prinsip etibarilə partiyanın növbəti qurultayına hazırlıq prosesi yekunlaşıb. Yerli təşkilatlarda hesabat-seçki yığıncaqları və konfranslar keçirilərək qurultaya nümayəndə seçilib. Yalnız texniki məsələlərin həlli qalıb"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00