Azərbaycanda 7 kommunistin deputatlığa namizədliyi qeydə alınıb
6 Oktyabr 2015 18:58 SiyasətBu il noyabr 1-də keçiriləcək parlament seçkilərində Azərbaycan Kommunist partiyasının 7 üzvünün namizədliyi qeydə alınıb. Lent.az-ın məlumatına görə, bunlar 37 saylı saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Ələddin Bağırov, 39 saylı Kəpəz birinci ( Gəncə) seçki dairəsindən Əlövsət Vayisov, 40 saylı Kəpək ikinci ( Gəncə) seçki dairəsindən Ətraf Alməmmədov, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Fikrət Rəşidov, 79 saylı İmişli seçki dairəsindən Rüstəm Qüdrətov, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Səbinə Abdullayeva, 118 saylı Ağdam şəhər seçki dairəsindən isə Amil Quliyevdir.
Qeyd edək ki, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00