Elmar Məmmədyarov Ruben De Leon Sançez ilə görüşüb
6 Oktyabr 2015 16:08 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfəri çərçivəsində 5 oktyabr 2015-ci il tarixində Panama Respublikası Milli Assambleyasının sədri Ruben De Leon Sançez ilə görüşüb. Panama parlamentinin sədri nazir Elmar Məmmədyarovu ölkəsində salamlayaraq iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfəri yüksək qiymətləndirdiyini vurğuladı. Azərbaycanın xarici işlər nazirinin səfərinin iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq üçün əlverişli imkan yaratdığını qeyd etdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00