Konstitusiya qanununa dəyişiklik edilib
6 Oktyabr 2015 14:06 Siyasət"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi müzakirə edilib. "Olaylar" xəbər verir ki, bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov məlumat verib. Deyib ki, sözügedən qanuna dəyişiklik Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır: "Ombudsmana və onun yaratdığı Milli Priventiv Qrupa səlahiyyət verilmişdi ki, cəzaçəkmə müəsssələrinə, istintaq təcridxanalarına xəbərsiz daxil olaraq saxlanılan şəxslərlə maraqlansın, onlarla söhbət aparsın. İndi isə müvəgillə və onun yaratdığı Milli Priventiv Qrupa səlahiyyət verilir ki, miqrantlar üçün nəzərdə tutulan xüsusi yerlərə də, öncədən xəbər vermədən daxil olub söhbətlər aparılsın. Deputat xatırladıb ki, bu Konstitusiya qanunudur və 95 səslə qəbul edilə bilər. Qanun layihəsi səsə qoyulıaraq qəbul edilib.