Ziyafət Əsgərov: “Hüquq və azadlıqların təminatı dövlətimizin ali vəzifəsidir”
6 Oktyabr 2015 13:42 Siyasət"Azərbaycanın ilk milli Konstitusiyasının qəbulu mühüm hadisədir. Ötən 20 il əsas qanun böyük potensiala malik olduğunu təsdiqləyib". "Olaylar" YAP-ın saytına istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Birinci vitse-spikerin sözlərinə görə, ən başlıcası odur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən normaları hər bir vətəndaşımız öz həyatında hiss edir. Ötən iyirmi ildə ölkəmizdə yüksək hüquq mədəniyyətinin formalaşdığını qeyd edən Z.Əsgərov Azərbaycan vətəndaşlarının Konstitusiyanın onların hüquqlarının müdafiəçisi qismində necə çıxış etməsini bilmələri baxımından fərdi şikayətlərə baxılmasının əhəmiyyətini xüsusi vurğulayıb: "Azərbaycanda hüquq və azadlıqların təminatı dövlətin ali vəzifəsidir. Məhz bu baxımdan deyə bilərik ki, Azərbaycan Respublikasının əsas qanunu dünyanın ən demokratik konstitusiyalarından biridir".