Silahlı Qüvvələrdə NATO günləri

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri keçirilir. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər təqdim edəcək və müzakirələr aparacaqlar. Tədbir oktyabrın 8-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00