Əli Əliyevin namizədliyi qeydə alındı
6 Oktyabr 2015 12:19 Siyasət"Azadlıq-2015" seçki bloku tərəfindən irəli sürülmüş Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə məlumat "OLAYLAR"-a VİP-dən daxil olub. Bildirilib ki, bu barədə qərar 15 saylı Yasamal birinci seçki dairəsinin sentyabrın 5-də keçirilmiş iclasında qəbul edilib.
Qeyd edək ki, Əli Əliyev 2010-cu ildə keçirilmiş parlament seçkilərində də 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00