Azərbaycanın Livanda səfiri təyin edildi
5 Oktyabr 2015 20:00 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Trend-in məlumatına görə, Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00