NATO baş katibi Rusiyanı NATO-nun hava məkanına hörmət etməyə çağırıb

NATO-nun baş katibi Jens Stoltenberq Rusiyanın hərbi təyyarəsinin Türkiyənin hava sərhəddini pozmasına münasibət  bildirib. Azadinform xəbər verir ki, Stoltenberq Rusiyanı NATO-nun hava məkanına hörmət etməyə  çağırıb. O qeyd edib ki, Rusiyanın hərəkəti regionun təhlükəsizliyi və stabilliyinə töhfə vermir. Baş katib Rusiya hərbi  hava qüvvələrinin hərəkətini qəbuledilməz adlandırıb.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanat yayaraq bildirib ki, Rusiya Federasiyasına məxsus 1 hərbi təyyarə oktyabrın 3-də saat 12.08-də Yayladağı (Hatay) bölgəsinin cənubunda hava sərhəddini pozub: "Bölgədə uçuş həyata keçirən 2 ədəd "F-16" təyyarəmiz tərəfindən müdaxilə edilməsi nəticəsində Rusiya təyyarəsi Türkiyə hava məkanını tərk edərək Suriyaya keçib".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00