Novruz Məmmədov: “İqlim dəyişikliyi inkişaf etmiş dövlətlərin bəşəriyyətə miras qoyduğu “töhfədir”

"İqlim dəyişikliyi inkişaf etmiş dövlətlərin bəşəriyyətə miras qoyduğu "töhfədir". Bu prosesi dayandırmaq üçün heç indi də bir sıra addımlar atmaq istəmirlər. Hələlik proseslər söz və bəyanat səviyyəsində qalmaqdadır". APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb. "Pan Gi Mun deyir ki, insanlar iqlim dəyişikliyinin nə qədər təhlükəli olduğunu anlamırlar. Razılaşaq ki, insanlar anlamırlar, bəs dünyanın aparıcı ölkələrinin rəhbərləri? Onlar da anlamırlar?", - deyə N. Məmmədov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00