Gəncə, Daşkəsən və Göygöl cəbhəçilərindən AXCP EQTK-a dəstək
5 Oktyabr 2015 16:31 SiyasətAXCP EQTK-nı konfrans keçirdiyi bölgələr siyahısına daha 3-ü əlavə olunub. Gəncə, Daşkəsən və Göygöldə keçirilən konfranslar iştirakçı fəallığı ilə seçilib. Gəncə konfransında iştirak edən 60-dan çox cəbhəçi Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəklədiklərinin bəyan edib. Hər 3 konfransda çıxış edənlər AXCP-də yürüdülən yarıtmaz, antidemokratik siyasətə qarşı olduqlarını, partiyanın bu şəkildə məhv edilməsinə imkan verməmək üçün AXCP EQTK-nı dəstəklədiklərini bildiriblər. Gəncədə Xanmuraz Abbasov sədr, Əli Həmidov Ali Məclis üzvü, Göygöldə Vüqar Muxtarov sədr, Akif Umudov Ali Məclis üzvü, Daşkəsəndə Rövşən Mazanov sədr, Ələddin Qurbanov Ali Məclis üzvü seçiliblər. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00