Etibar Hüseynov da seçkidən çəkildi - SİTATIN SONU

"Əziz dostum və qardaşım Ülvi Quliyevin bir sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi". "Olaylar" xəbər verir ki, bunu deputat Etibar Hüseynov öz "facebook" səhifəsində yazıb. Deputat bildirib ki, hər şeyi sıfırdan başlamaq böyük maliyyə, vaxt və enerji tələb edir: "Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də qarşıdan gələn parlament seçkilərinə qatılmamaq qərarını verdim. Bütün namizədlərə isə uğrular arzulayıram. Yəni, hər şey bu qədər bəsitdir. Sitatın sonu". Etibar Hüseynov Cebhe.info-ya açıqlamasında qərarı barədə daha ətraflı danışmaq istəməyib. Bildirib ki, mövqeyini açıqlayıb və seçkidən çəkilməsi Ülvi Quliyevin namzidəliyi ikə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00