Əli Həsənov seçkini izləmək istəyən xarici KİV-ə akkreditasiyadan keçməyi tövsiyə edib

"Hər bir jurnalist vəsiqəsini göstərməklə seçkini izləyə bilər. Amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-ə aid deyil". APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, xarici KİV Xarici İşlər Nazirliyində akkreditasiyadan keçəndən və MSK-ya məlumat verərək müvafiq sənəd alandan sonra seçkini izləmək hüququ əldə edir: "Azərbaycanda bu və ya digər fəaliyyəti həyata keçirmək üçün hüquqi normaları yerinə yetirmək lazımdır".  Azərbaycanda bütün xarici KİV-in fəaliyyəti üçün zəruri şərait yaradılıb. Ancaq xarici KİV Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, jurnalistlərini qanuna müvafiq qeydiyyatdan keçirməlidir. Mətbuatımızın da bunu nəzərə çatdırması lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00