Varşavada Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçirilib

Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması tələbi ilə flaşmob aksiya keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, hüquq müdafiəçisi Əhməd Şahidov Varşavada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə təşkil etdiyi aksiya zamanı azərbaycanlı əsirlərin fotoları əks olunmuş plakatlar şəhər sakinləri və turistlərə nümayiş etdirilib. 30 dəqiqə davam edən aksiya zamanı şəhər sakinləri ayaq saxlayaraq, kəlbəcərli əsirlərin fotolarına baxıb, onlar barədə maraqlanıblar. Anoloji aksiyaların digər Avropa şəhərlərində də keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00