Əhməd Davudoğlu: "Münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verməkdə qərarlıyıq"

"Biz münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlinə dəstək vermək barədə səylərimizi artırmağa qərarlıyıq". APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə sərhədində sülhün bərpa olunması üçün Cənubi Qafqaz regionunda təhlükəsizlik və tərəqqi böyük rol oynaya bilər: "Bu region təəssüf ki, münaqişələr səbəbindən qeyri-stabil və zəif olaraq qalır. Bu münaqişələr hələ də həll olunmayıb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00