Novruz Məmmədov: Geosiyasi maraqlar uğrunda informasiya müharibəsinin yeni mərhələsi başlayır

Bu gün miqrant-qaçqın böhranının müstəmləkə siyasətindən miras qalması haqqında danışmaq sərfəli deyil. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb. N.Məmmədov deyib ki, amma əsas məsələ bu böhranı yaradan səbəblər və ölkələr haqqında dərin elmi araşdırmanın nəticəsi olan məlumatın yayılmasıdır. PA rəsmisinin fikrincə, geosiyasi maraqlar uğrunda informasiya müharibəsinin yeni mərhələsi başlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00