İlham Əliyev narazıdır
Təmas xəttində baş verən hadisələrə toxunan prezident Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb
30 Sentyabr 2015 18:13 SiyasətPrezident İlham Əliyev cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib. İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. ANS PRESS-in məlumatına görə, bu haqda ölkə başçısı sentyabrın 30-da Avropa İttifaqınınCənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə danışıb. Azərbaycanı təxribata çəkmək Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib. Prezident bildirib ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb.