Seçki proseslərində tənqid üçün yer qalmayıb
Parlament seçkilərinin demokratik və şəffaf keçiriləcəyi heç kimdə şübhə yaratmır
30 Sentyabr 2015 17:39 SiyasətNoyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Etiraf edilməlidir ki, görülən işlər seçkilərin şəffaflığını təmin etmək məqsədi daşıyır. Artıq qətiyyətlə demək olar ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində belə tətbiq edilməsi ağla belə gəlməyən müasir seşki texnologiyaları Azərbaycanda tətbiq edilməkdədir. Barmaqların mürəkkəbə batırılmasından tutmuş seçki məntəqələrində veb-kameraların quraşdırılması, exit-polların tətbiqinə qədər bütün prosedurlar Azərbaycanda keçiriləcək seçkilərin şəffaflığını təsdiq edən mexanizmlər sırasına daxildir. Baxmayaraq ki, bir sıra ölkələr belə mexanizmlərin tətbiqindən qətiyyətlə imtina edirlər. Azərbaycan isə həm monitorinq altında olduğunu, həm də seçkilərin şəffaf keçirilməsinə zəmanət verə biləcək ölkə olduğunu sübut etmək məqsədilə beynəlxalq təşkilatların tövsiyyələrinə qarşı çıxmağı məqsədəuyğun hesab etmir. Əksinə, ilbəil təkmilləşdirilmiş seçki qanunvericiliyi ilə baş tutan seçkilər keçirməklə beynəlxalq aləmə sübut edir ki, Azərbaycanda demokratik təsisatlar onların düşündüyündən də artıq səviyyədə inkişaf edib. Yəni, Azərbaycan müstəqil, demokratik dövlət olaraq ölkədə müxtəlif siyasi aksiyaların keçirilməsinə qadir bir ölkəyə çevrilib. Artıq Azərbaycan neçə illərdir ki, keçirdiyi parlament, bələdiyyə və prezident seçkiləri ilə bu faktları təsdiqləyib. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar təmsil etdikləri ölkələrdə "tiri görməyərək Azərbaycanda çöp axtarışına" çıxıblar. Başqa sözlə, "özlərinə umac ova bilməyən bu təşkilatlar Azərbaycanda əriştə kəsmək" iddiasına düşüblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra hüquqi, dünyəvi dövlət olduğunu bəyan edib, elə bu səbəbdən də demokratik təsisatların inkişafı baxımından beynəlxalq təşkilatların bütün tövsiyyələrini nəzərə alıb. Xüsusən, seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə qanunvericilikdəki bütün dəyişiklikləri beynəlxalq təşkilatlarla razılaşdırıb. Baxmayaraq ki, sonradan bəzi təşkilatlar öz tövsiyyələrinə belə qarşı çıxıblar. Dəfələrlə təkrar olunan belə faktlar təbii ki, həmin təşkilatların məsələyə qərəzli yanaşmalarını təsdiq edir. Hələ seçkilər bitdikdən sonra həmin təşkilatlar tərəfindən hazırlanan qərəzli, həqiqətə uyğun olmayan hesabatları demirik. Həm beynəlxalq təşkilatlar, həm də Azərbaycan dövləti etiraf edir ki, seçki prosesi, ümumilikdə demokratik təsisatlar daim inkişaf edən bir proses olduğundan keçilən yol, qəbul edilən qanunlarda təkmilləşmə labüddür. Lakin ucdan tutub ucuzluğa getmək isə hansısa qərəzli məqsədlərdən xəbər verir.
Artıq Azərbaycanda keçiriləcək növbəti çağırış parlament seçkilərinə olduqca az bir müddət qalıb. Belə bir anda bəzi beynəlxalq təşkilatlar öz məkrli niyyətlərini ortaya qoyaraq seçkiləri müşahidə etməkdən imtina etdiklərini bəyan edirlər. Düzdür, əksər beynəlxalq təşkilatlar Azərbaycanla bərabərsəviyyəli əməkdaşlıq etdiyindən təbii ki, belə bir addım atacaqları inandırıcı görünmür. Ancaq hər halda ölkədə keçiriləcək parlament seçkilərinin mahiyyətinə xələl gətirmək məqsədilə maraqlı qüvvlər tərəfindən müxtəlif fikirlər səsləndirlir. Belə təşkilatlardan biri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur ki, heç bir əsas olmadan illərlə əməkdaşlıq etdiyi Azərbaycan kimi ölkə ilə münasibətlərinə kölgə salmaq niyyətinə düşüb. Baxmayaraq ki, Azərbaycan heç nədən çəkinməyərək qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün çoxlu sayda beynəlxalq təşkilatlara, o cümlədən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna dəvət göndərib. Azərbaycanın bu addımı hətta bir sıra beynəlxalq təşkilatlar tərəfindən alqışlanıb: "AŞPA seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün çoxlu sayda beynəlxalq təşkilatlara, o cümlədən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilən dəvətləri alqışlayır". Məlumata görə, ATƏT DTİHB və Azərbaycan rəhbərliyi müşahidəçilərin sayı və metodologiyası məsələsində razılığa gələ bilməyib və bu səbəbdən də bu missiya seçkilərin müşahidəsindən imtina edib. Onu da bildirək ki, artıq bəzi beynəlxalq təşkilatlar Azərbaycanda olaraq seçkiqabağı vəziyyətlə tanış olublar. Konkret olaraq Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyəti seçkiqabağı vəziyyəti və seçkilərə hazırlıq səviyyəsini yoxlamaq üçün Azərbaycana səfər edib. Hətta səfərlə bağlı bəyanat da hazırlanıb. Bəyanatda qeyd olunur ki, "AŞPA seçkiqabağı missiyası AŞPA müşahidə missiyasının planlaşdırıldığı kimi, tam sayda müşahidə missiyasını həyata keçirməsində təkid edir, belə ki, AŞPA-nın monitorinqi altında olan ölkədə seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin qanunla müəyyən edilmiş vəzifəsidir. Bundan başqa, AŞPA seçki missiyasının final hesabatı həm seçkilərin aparılması ilə bağlı siyasi müzakirələr, həm də bu ölkənin parlamenti ilə institusional dialoqun dəstəklənməsi baxımından assambleya üçün vacibdir". Yeri gəlmişkən xatırladaq ki, MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının sədri Valentina Matviyenkonun ünvanına Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq və seçki prosesinin müşahidəsində iştirakla bağlı dəvət göndərib.
Maraqlıdır, ATƏT DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkilərini izləməməsi seçkilərin demokratik və şəffaflığına nə dərəcədə təsir göstərəcək? Əvvala onu qeyd edək ki, heç kimə sirr deyil ki, 5 il əvvəlki parlament seçkilərindən fəqqli olaraq ölkədə seçki ilə əlaqədar kifayət qədər irəliləyiş əldə olunub və buna görə də Azərbaycan beynəlxalq alımdən təcrid edilməməlidir. Nəzərə almaq lazımdlır ki, hazırda ölkədə parlamentə daxil olmayan müxalif partiya nümayəndələrinin bütün namizədlər üçün bərabər şərait yaradılıb, sərbəst şəkildə imzaların toplanması təmin edilib. Bütün seçki iştirakçılarına eyni şərtlərin və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün fikir azadlığı və azad medianın təmin olunması reallaşdırılıb. Hətta AŞPA seçkiqabağı missiyası bir sıra əsas müxalif partiyaların öz seçilmək şanslarını gücləndirmək üçün siyasi alyans çərçivəsində əməkdaşlıq etmək qərarını alqışlayıb.
Qeyd edək ki, beynəlxalq təşkilatların missiyası isə tənqiddən ibarət deyil, seçkiləri müşahidə etmək və müvafiq tövsiyələri öz hesabatlarımızda qeyd etməkdir. Demokratik prosesləri inkişaf etdirmək müvafiq ölkənin hakimiyyəti və vətəndaşlarının işidir. Bu kimi təşkilatlar isə yalnız zərurət yaranan hallarda tövsiyələrimizi verə bilə bilərlər. Belə bir halda ATƏT DTİHB Azərbaycanda keçirilən parlament seçkilərinin beynəlxalq standatlar, Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklər və yerli qanunlara uyğun keçirilib-keçirilmədiyni monitoriq edə bilər. Eyni zamanda, nazmizədlərin qeydiyyatı, seçki qanunveriçiliyin icrası, seçkilərdə mətbuatın rolunu müşahidə edə bilər. Ancaq görünən ondan ibarətdir ki, ATƏT DTİHB sadlananan seçki mərhələlərini müşahidə etmək istəmir. Səbəb isə aydındır, artıq Azərbaycan sadalananan seçki proseslərində tənqid üçün əl yeri qoymayıb. Bu isə görünür, sözügedən təşkilatın "mandatına" uyğun deyil. Ona görə də gözlə görüb susmaqdansa, kənardan qərəzli hesabat hazırlamağı üstün tutur. Lakin bütün bunlara baxmayaraq, ATƏT DTİHB-ın seçkiləri müşahidə edib-etməməsindən asılı olmayaraq parlament seçkilərinin demokratik və şəffaf keçiriləcəyi heç kimdə şübhə yaratmır.
Alim