Novruz Məmmədov: Avropada miqrant-qaçqın böhranı ilə ümumi razılığa gəlmək mümkün olmayıb
30 Sentyabr 2015 16:41 SiyasətAvropa ölkələrində miqrant-qaçqın böhranı ilə ümumi razılığa gəlmək mümkün olmayıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb. N.Məmmədov qeyd edib: "Bir sıra geosiyasi aktorlar - xüsusilə BBC, "Euronews" və s. Avropada miqrant-qaçqın böhranı ilə bağlı böyük reportajlar təqdim edirlər. Bu reportajlarda, əsasən, miqrant-qaçqın böhranının indiki vəziyyətindən danışılır. Amma Avropa ölkələrində hələlik ümumi bir mövqe ilə bağlı razılığa gəlmək mümkün olmayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00