“Minsk Qrupunun görüş qərarı səhv idi”

Elxan Şahinoğlu: “Bu cəbhə bölgəsində vəziyyəti gərginləşdirən daha bir amil oldu”

"Minsk Qrupu həmsədrləri BMT-də Azərbaycan və Ermənistan xarici işlərinin görüşünü təşkil etməklə növbəti səhvə yol verdilər". Belə bir fikirlə politoloq Elxan Şahinoğlu çıxış edib. "Əvvəlcədən də bəlli idi ki, tərəflərin mövqeyində heç bir dəyişiklik olmadığından görüşdən müsbət nəticə gözləmək əbəsdir. Həmsədrlər sadəcə, görüş xatirinə görüş təşkil etdilər. Bu isə əks nəticə verdi. Görüşdən çıxan nazirlər ayrı-ayrılıqda çox sərt bəyanatlar verdilər. Bu isə cəbhə bölgəsində vəziyyəti gərginləşdirən daha bir amil oldu", - deyə E. Şahinoğlu qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00