Diplomatik əməkdaşlara qarşı cəzalar sərtləşdirilir
30 Sentyabr 2015 15:18 SiyasətAzərbaycanda nöqsanlara yol verən diplomatik əməkdaşlara qarşı cəzalar sərtləşdirilir. Bununla bağlı məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Diplomatik xidmət haqqında" qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Parlamentə Prezident tərəfindən təqdim olunan qanun layihəsində qeyd olunub ki, "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə" diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər. Layihə səsverməyə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00