Zahid Oruc: “KİV haqqında qanunda dəyişiklik edilməlidir”
30 Sentyabr 2015 13:47 Siyasət"Cəbhə bölgəsində baş verən hadisələrin geniş içtimai kütləyə çatdırılması məqsədilə Kütləvi İnformasiya Vasitələri haqqında qanunda dəyişiklik edilməlidir". Bu təkliflə çıxış edən millət vəkili Zahid Orucun sözlərinə görə, belə bir qanun olmadığından cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar ziddimizə informasiyalar yaylıılır: "Hessab edirəm ki, Kütləvi İnformasiya Vasitələrinin hərbi sahəyə qeyri-məhdud çıxışı olmalıdır. Qanunda dəyişiklik edilməlidir ki, Müdafiə Nazirliyinin məlumatı mediada birinci dərəcəli informasiya olsun. Bu, dövlət qurumları üçün də vahid məsələ olmalıdır. Düşmənlə təkcə səngərdə deyil, həm də informasiya müharibəsindədyik. Qanunda dəyişiklilk etməklə bu məsələlərə nəzarət etmək mümkündür". "OLAYLAR"İA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00