Minsk qrupunun həmsədri Ermənistanı Azərbaycanın çağırışlarını qəbul etməyə çağırdı

ABŞ ATƏT-in atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə mexanizmininin Ermənistan-Azərbaycan sərhədi və  qoşunlarım təmas xəttində tətbiq edilməsni dəstəkləyir.Azadinform xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik news.am-a açıqlamasında deyib:"Biz Azərbaycanı eskalasiyanın azalmasına kömək edəcək, ən əsası isə,  mülki vətəndaşların itkisinin qarşısını alacaq mexanizmi qəbul etməyə çağırırıq".Dağlıq Qarabağda yaranan gərginliyə münasibət  bildirən diplomat əlavə edib: "Həmçinin, Ermənistanı Azərbaycanın Minsk qrupu çərçivəsində davamlı sülhün əldə  edilməsinə yönələn danışıqlar prosesi ilə bağlı çağırışlarını  qəbul etməyə  səsləyirik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00