Ermənistana qarşı təzyiqlər artırılmalıdır
30 Sentyabr 2015 12:49 Siyasət"Son günlər cəbhə xəttində atəşkəsin pozulması bir daha ona əsas verir ki, beynəlxalq aləm Ermənistana qarşı təzyiqləri artırmalıdır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Fuad Muradov çıxış edib. Bildirib ki, düşmənin təxribatları rəsmi İrəvanın və ya bir neçə beynəlxalq təşkilatın Azərbaycanı düzgün yolundan, sülhsevər siyasətindən təziq edərək döndərmək istədiyi zaman baş verir. Fuad Muradov nəticə əldə etmək üçün ilk növbədə həmsədrlərin Ermənistana qarşı təzyiq mexanizmdən istifadə etməli olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00