Əli Həsənov VI Rusiya-Azərbaycan Regionlararası Forumuna qatılıb - Yekaterinburqda

Yekaterinburqun Beynəlxalq Sərgi Mərkəzində VI Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb. Azadinform xəbər verir ki, tədbir Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunub.   Tədbirdə hökumət nümayəndələri, deputatlar, diplomatlar və iki ölkənin bölgə rəhbərləri iştirak edir. Azərbaycanın nümayəndə heyətinə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov rəhbərlik edir. Rusiya və Azərbaycan prezidentləri Forumun iştirakçılarına və qonaqlarına təbrik məktubları ünvanlayıblar. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, ötən illər ərzində forum nüfuzunu möhkəmləndirib və hər iki ölkənin həyatında böyük və mühüm hadisə olması barədə daha inamla xəbər verir.   Forum çərçivəsində keçiriləcək ekspert görüşləri və "Dairəvi masa"lar zamanı sənaye və işgüzar dairələrin nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrinə aid müəssisələrin rəhbərləri, həmsərhəd rayonların İH başçıları inteqrasiya münasibətlərinin problematikasını və nəqliyyat, rabitə, turizm, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.  Tədbir zamanı Rusiya Xarici Ticarətin və Beynəlxalq İqtisadi Əlaqələrin İnkişafı Şurası və  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) arasında saziş və bir sıra perspektivli investisiya layihələri üzrə  bir çox ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00