Deputat: “Cinayətkar Sarkisyan bu açıqlaması ilə gerçəyi etiraf etmiş oldu”

"Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması barədə çıxışı əslində bu işğalçının öz dilindən işğalın etirafıdır". Bunu deyən Milli Məclisin deputatı Qənirə Paşayevanın sözlərinə görə, Azərbaycan rəsmiləri bütün beynəlxalq platformalarda illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin məhz Ermənistanın işğalçılıq siyasəti olduğunu bəyan edirdi, Ermənistan isə müxtəlif yalanlarla bundan yayınmağa çalışırdılar. Cinayətkar Sarkisyan isə bu açıqlaması ilə gerçəyi etiraf etmiş oldu: "Azərbaycanın, ölkə rəhbərliyinin apardığı siyasətin və ordumuzun artan gücü qarşısında çıxılmaz vəziyyətə düşən Ermənistan və onun cinayətkar prezidentinin əsəbdən gələn bu çıxışı onların vəziyyətini daha da çətinləşdirəcək. Amma maraqlısı hər kiçik lazımsız şeyə belə ümumi fikirlərlə reaksiya verən ATƏT-in Minsk qrupunu həmsədrlərinin Sarkisyanın beynəlxalq hüquqa və qətnamələrə tamamilə zidd olan bu açıqlamasına qarşı susqunluqlarıdır. Bu isə onların iç üzlərini bir daha açıb göstərir. Amma artıq zaman Ermənistanın əlehinə çalışır. Havadarları belə onları xilas edə bilməyəcək. Ön cəbhədəki hər təxribatlarına aldıqları layiq olduqları cavab onları elə bir qorxuya salıb ki, nə açıqlama verdiklərini belə bilmirlər. Sarkisyan nə açıqlama verir versin heç bir əhəmiyyəti yoxdur. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Beynəlxalq təşkilatlar da o cümlədən. Ən əsası isə Azərbaycan dövləti və ordusu ön cəbhədəki son hadisələr zamanı da göstərdi ki, Sarkisyan və onun silahlıları işğal etdikləri Azərbaycan torpaqlarından çıxacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00