Avroparlamentarilərə müraciət edildi

Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev Avropa Parlamentinin 750-ə yaxın üzvünə e-poçt vasitəsi ilə müraciət ünvanlayıb. "OLAYLAR"-ın xəbərinə görə, müraciət keçən ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən və girov götürülən mülki şəxslər olan Həsən Həsənov və Dilqəm Əsgərovla, Şahbaz Quliyev  və onların pozulmuş hüquqlarının bərpa olunması üçün edilib. Müraciətdə bildirilir ki, 2014-cü ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən mülki şəxslər olan Həsən Həsənov və girov götürülən Dilqəm Əsgərovla, Şahbaz Quliyev heç bir qanunu pozmayıb. Həmin şəxslər hansısa ölkənin ərazisinə icazəsiz daxil olmayıblar. Kəlbəcər rayonu Azərbaycan ərazisidir və bunu həm BMT, həm də digər bütün beynəlxalq təşkilatlar və dünya dövlətləri təsdiq edib. O şəxslərin  də həmin əraziyə getmək hüquqları var çünkü o ərazilər Azərbaycana məxsusdur və adı qeyd olunan şəxslərin anadan olduğu ərazilərdir. Həsən Həsənovun öldürülməsi, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girov götürülərək hər gün insanlığa sığmayan işgəncələrə məruz qalması, qondarma məhkəmə vasitəsi ilə qərar çıxardıb, onların azadlıqdan məhrum edilməsi beynəlxalq hüquq normalarına qarşı gəlmək və beynəlxalq təşkilatların tövsiyələrinə zidd getməkdir. Sizdən və Avropa Parlamentində təmsil olunan digər parlamentarilərdən xahiş edirik ki, beynəlxalq hüquq normalarına uyğun olaraq həmin şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasına köməklik edəsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00