YAP imzatoplama kampaniyasını uğurla başa çatdırdı

Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər Milli Məclisin deputatlığına namizəd kimi dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Partiyanın mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bununla da, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, YAP  01 noyabr 2015-ci il tarixə təyin edilmiş seçkilərdə iştirak etmək üçün 117 dairə üzrə namizəd irəli sürüb. Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilimiş 1226 nəfər iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00