"Western Union"un prezidenti: "Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanı deyil, Azərbaycanı seçdik"
“Hər iki ölkənin Mərkəzi Bankları qarşımızda şərt qoydu"
29 Sentyabr 2015 10:58 Siyasət"Dağlıq Qarabağ münaqişəsi səbəbindən biz Azərbaycanla Ermənistan bazarı arasında seçim etmək məcburiyyətində qaldıq və biz Azərbaycanı seçdik"."APA-Economics"in məlumatına görə, bunu Rusiyanın "Vedomosti" qəzetinə müsahibəsində "Western Union" şirkətinin prezidenti Hikmət Ersek deyib."Hər iki ölkənin Mərkəzi Bankı bizim qarşımızda seçim qoydu: biz bu iki ölkədən yalnız birində fəaliyyət göstərə bilərdik. Təbii ki, mən istərdim ki, biz Ermənistanda da işləyək, lakin biz şəraitə uyğunlaşmalıyıq. Ermənistan razılaşsaydı, biz sabahdan etibarən orada biznesimizi qurmağa başlayardıq", - deyə H. Ersek bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00