Səməd Seyidova AŞ PA-da vəzifə verildi

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin (MK) iclası keçirilib və iclasın gündəliyində quruma sədr müavini vəzifəsinə seçkilər keçirilib.Seçkilərdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yekdilliklə komitənin sədr müavini vəzifəsinə seçilib.Toplantıdan çıxan Səməd Seyidov APA-ya açıqlamasında bunun Azərbaycana verilən etimadın göstəricisi olduğunu bildirib: "Mən bu posta Avropa Mühafizəkarları fraksiyasının dəstəyi ilə təklif olundum. Eyni zamanda bu, mənim Monitorinq Komitəsində uzun illər işimin nəticəidir. Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir MK-də fəaliyyət göstərirəm. Fikrimcə, bu, Azərbaycana göstərilən etimadın göstəricisidir. Xüsusilə MK-ya. Çünkü Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞ PA-nın öhdəliklərindən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00