Əli Həsənovun “Geosiyasət” kitabı qırğız dilində çap olunacaq
28 Sentyabr 2015 19:00 SiyasətAzərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müəllifi olduğu "Geosiyasət" kitabı Qırğızıstanda rus dilində nəşr olunacaq. Bu barədə məlumatı "OLAYLAR"-a Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. Bildirib ki, rəhbərlik etdiyi fondun sifarişi ilə 500 tirajla çap olunacaq kitabın pulsuz paylanması nəzərdə tutulub: "Kitab yaxın günlərdə nәşr edilәcәk. Eyni zamanda sözügedən kitab paralel olaraq qırğız dilinә dә tәrcümә edilir".
Nüsrət Məmmədov deyib ki, kitab qırğız dilinə Mukan Asanaliyev tərəfindən tәrcümә edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00