QHT sədri jurnalistlərə xəbərdarlıq etdi: “Düşmən bizi izləyir”
28 Sentyabr 2015 16:32 Siyasət"Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Ermənistan - Azərbaycan cəbhə xəttində baş verən gərginlik barədə məlumat verib. Cəbhədə ağır döyüşlərin getdiyini deyən M. Əsgərqızı düşmənlə ağır döyüşdə 3 əsgərimizin şəhid olmasını xatırladıb: "Əslində bu müharibədi. Lakin biz yenə hansısa məlumatı paylaşanda diqqətli olaq. Bəzi televiziyalar belə məlumatları paylaşanda Silahlı Qüvvələrimizin hərbi təlimlərindən kadrlar göstərirlər. Bu isə yolverilməzdir. Çünki belə fakrlardan düşmən tərəf məharətlə istifadə edəcək ki, buyurun görün, azərbaycanlılar bizə qarşı nə edirlər. Ona görədə bəzi jurlnalistlərə məsləhət görərdim ki, özlərini hind filmlərinin aktyorları kimi aparmasınlar. Diqqətli olağın düşmən bizi izləyir". ("OLAYLAR" İA)