Baş nazirin müavini: "Azərbaycanla Serbiya arasında viza rejimi ləğv oluna bilər"

"Azərbaycan və Serbiya arasında vizasız gediş-gəliş mümkün ola bilər"

"APA-Economics"in məlumatına görə, bunu Serbiyanın baş nazirinin müavini, turizm, ticarət və telekommunikasiya naziri Rasim Lyayiç bildirib. R. Lyayiç bildirib ki, bu məsələ bu gün Bakıda keçirilən Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclasında müzakirə olunub: "Əsas təkliflər iki ölkə arasında biznes tərəfdaşlığının qurulması, Azərbaycan və Serbiya arasında viza rejiminin ləğvi, Belqrad-Bakı birbaşa aviareysinin açılması və infrastrukturun yaxşılaşdırılması, gediş-gəlişin asanlaşdırılması üçün bir sıra vacib məsələlərlə bağlı olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00