“Əli Kərimlinin qurultayı legitim deyil”

Rəfail Becanov: “AXCP-nin mövcud 76 rayon şöbəsindən 40-ı AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyir”

"AXCP adına Əli Kərimlinin keçirdiyi qurultay legitim deyildi". Bunu "Olaylar"a açıqlamasında AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Rəfail Becanov deyib. R. Becanov bildirib ki, AXCP-nin mövcud 76 rayon şöbəsindən 40-ı AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyir və fəaliyyətini bu yöndə davam etdirir: "Buna görə, Əli Kərimlinin təşkil etdiyi qurultay legitim sayıla bilməzdi. Hesab edirik ki, Etimad Qurultayı legitim formada keçiriləcək. Hazırda qurum 76 rayon şöbəsinin 40-nın dəstəyilə fəaliyyətini davam etdirir. Böyük ehtimalla qurultaya qədər bu say çoxalacaq və legitim qurultay baş tutacaq. Bu, eyni zamanda Azərbaycanda müxalifətin inteqrasiyasına dəstək verəcək, müxalifətin inteqrasiyasında iştirak edəcək qurumun qurultayı olacaq. Həmçinin bu, Azərbaycanda sivil, demokratik cəmiyyətin möhkəmlənməsi, dünya standartlarına uyğun müxalifət - iqtidar münasibətlərinin qurulmasına töhvə verən qurultay olacaq". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00