“AXCP legitim partiya deyil”
Seymur Süleymanov: “Əli Kərimli Qərbin anti-Azərbaycan təbliğatını aparan dairələr üçün lazımlı şəxsdir”
28 Sentyabr 2015 14:05 SiyasətSiyasi analitik Seymur Süleymanov AXCP-nin sentyabrın 27-də keçirilmiş Qurultayı barədə "Olaylar"ın suallarını cavablandırıb.
- Uzun illərdir, demokratiyadan danışan Əli Kərimli 4-cü dəfə AXCP-nin sədri postuna seçildi. Fikrinizcə, onun siyasi mədəniyyət nümayiş etdirərək postundan getmək istəməməsinin səbəbi nədir? Niyə təkid edir?
- AXCP qeyri-legitim partiyadır. Kreslosundan 4-cü dəfə yapışıb duran şəxsin sədrliyi də legitim deyil. Bunu dəfələrlə, AXCP Əli Kərimlinin biznes mərkəzinə dönüb. Partiyada Əbülfəz Elçibəyə aid heç bir əsər-əlamət qalmayıb. Bu qurum artıq Kərimlinin ailə partiyasına dönüb. Əli Kərimlinin dediyi ilə etdiyi arasında heç bir əlaqə yoxdur. Sentyabrın 27-dən AXCP-də növbətə Kərimlizm dövrü başladı. Əli Kərimli istəyir ki, AXCP-də Elçibəy ideologiyası itsin və öz ideologiyası başlatsın. Çünki Əli Kərimli Elçibəy siyasi xəttinə qarşıdır. Kərimlinin isə bir fikri var, Qərbin Anti-Azərbaycan düşüncəsini Azərbaycanda təbliğ etmək. "Sədr" statusu burada böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Əli Kərimlinin postundan getməməsinin iki səbəbi var. Birincisi, Kərimli Qərbdən gələn əmrləri yerinə yetirir və qarşılığında böyük məbləğlərdə pul alır. İkincisi və önəmlisi, nə vaxta qədər Qərbdən Kərimliyə "Get" əmri verilməsə, o getməyəcək.
- Bəs, qurultayda saxtakarlıq olduğunu zənn edirsinizmi?
- Əlbəttə! Səsvermə saxtakarlıqla həyata keçirildi. Orada əyləşənlərin heç bir əhəmiyyəti yoxdur. Kütlə xatirinə onlar orada əyləşiblər ki, ictimaiyyət görsün səsvermədə çox insan iştrak edib. Amma demirlər ki, Əli Kərimli üçün səsvermə, qurultay boş söhbətdir.
- Nəyə görə, Qərbin bəzi siyasi dairələri uzun illərdir postunda kök atmış AXCP sədrini istefaya səsləmirlər? Əksinə, müəyyən mərkəzlər hər qurultaydan sonra onu təbrik edirlər?
- Yuxarıda vurğuladığım kimi, Əli Kərimli Qərbin anti-Azərbaycan təbliğatını aparan dairələr üçün lazımlı şəxsdir.
- Əli Kərimli son müsahibəsində prezidentliyə iddiasının olmadığını dedi. Belədirsə, bəs onun əsas iddiası nədir?
- Bəli, Əli Kərimli bu sözü doğru deyib, haqlıdır. Axı o bilir ki, sədrlik vəzifəsini güclə yerinə yetirir, qaldı ki prezidentlik səlahiyyətləri - bu onun bacara biləcəyi iş deyil. Bilirsiz, Azərbaycan dövlətinə və xalqına Heydər Əliyev kimi böyük siyasətçi başçılıq edib. İndi də, İlham Əliyev bu yolu davam etdirir. Əli Kərimlinin durub prezidentliyə namizəd olması, çox gülünc olardı. Çünki bu yuxudan başqa bir şey deyil.
Ömər Zamin