“Əli Kərimli siyasi partiya ilə kommersiya təşkilatını səhv salır”

Mehman Muradlı: “Avropa və Amerikada siyasi sığınacaq almaq istəyənlərə illərlə baha qiymətə satdığı...”

"Əli Kərimlinin təşkil etdiyi toplantıya qurultay demək mümkün deyil, adam 5 manat müqabilində adamları zala yığıb adını qurultay qoyub". AXCP-nin sentyabrın 27-də keçirilmiş qurultayı barədə "Olaylar"ın sualına cavabında AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, hüquqşünas Mehman Muradlı belə deyib. Bu hal ondan irəli gəlir ki, onun ətrafında demək olar ki, heç kim qalmayıb. Onun sədr "seçilməyi" məsələsinə gəlincə isə deməliyəm ki, adam siyasi alver üçün, özünə daha yaxşı komfortlu həyat tərzi qurmaq üçün Avropa və Amerikada siyasi sığınacaq almaq istəyənlərə illərlə baha qiymətə satdığı AXCP vəsiqəsi hesabına 5 manatlıq adamların vasitəsilə özünü "sədr" elan elədi. Burada tək bir məqsəd var - daha çox pul qazanmaq. Əli Kərimli siyasi partiyayla kommersiya təşkilatını səhv salır. Əgər onun biznes bacarığı varsa, özünü bu sahədə sınaya bilər, nəinki siyasi məhbus adıyla alver etmək", - deyə M. Muradlı qeyd edib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00