ATƏT-in addımı qurumun nizamnaməsinə ziddir

"ATƏT Parlament Assambleyasının Azərbaycanda keçiriləcək Parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etməsi qurumun nizamnaməsinə ziddir".

Yeni Azərbaycan Partiyasının funksioneri, millət vəkili Aydın Mirzəzadə ANS-ə söyləyib ki, Parlament Assambleyası ATƏT-in rəhbər orqanlarından biridir. Ali orqan öz müstəqil qərarını verməlidir. Amma onlar ATƏT-in burokratik bir strukturunun -demkoratik təsisatlar və İnsan Haqları Komitəsinin rəyi və qərarı ilə hərəkət edib. İstənilən halda bu qərar heç nəyi dəyişməyəcək:

"Onların müşahidəçi göndərməkdən imtina etəmsi Azərbaycanın demkoratik seçki keçirmək istəyindən çəkindirə bilməz. Məqsədimiz hakimiyyətin bir qolunu da demokrtik və şəffaf seçkilərlə rəqabətli şəraitdə təmin etməkdir. Biz seçkiləri kiminsə müşahidə etməsi üçün deyil, xalqın iradəsini həyata keçirmək və hakimiyəti formalaşdırmaq üçün həyata keçiririk. Bu baxımdan onların Bakıya gəlməməsi heç nəyi dəyişməyəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00