BDM bəyanat verdi

“Ermənilərin bu addımı cavabsız qalmayacaq”

Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunun girişindəki alaqapıya ermənicə "Xoş gəlmişsiniz" və "Gülə-gülə" yazılması ölkə ictimaiyyəti, habelə Türkiyədə fəaliyyət göstərən QHT-lər tərəfindən tərəfindən birmənalı qarşılanmayıb. Türkiyənin Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) buna etiraz edərək, artıq bu istiqamətdə aidiyyatı qurumlara müraciət edib. Beynəlxalq Diaspor Mərkəzi (BDM) bu yolverilməz hadisə ilə əlaqədar olaraq bəyanat qəbul edib. Bəyanatda deyilir: "Qardaş Türkiyə Respublikasında ermənilərin həyata keçirdiyi fəaliyyətlər son aylar daha geniş vüsət almaqdadır. Türkiyənin müxtəlif şəhərlərində öz çirkin təbliğatlarını aparmaqla sanki qondarma "tarixi erməni dövlətini" qurmaqdadırlar. Təəssüflər olsun ki, onlara bu fəaliyyətlərində Türkiyədə PKK-nın siyasi qanadı olan Halkların Demokratik Partisi (HDP) dəstək verməkdədir. Bu partiya tərəfindən Türkiyənin cənub-şərq bölgəsində bələdiyyə seçkilərində üstünlük əldə etməsi ermənilərin bu ərazidə əl-qolunun açılmasına səbəb olub. Bu torpaqlarda minlərlə müsəlmanları amansızcasına qətlə yetirən ermənilərin oylağına çevrilməsinə dəstək göstərmək, HDP-nin öz xalqına və dövlətinə qarşı xəyanəti hesab etmək olar. Ermənilər adına küçə qoymaq, sərhədləri açmağa təşəbbüs etmək, qondarma "erməni soyqırımı" abidəsini ziyarət etmək, şəhər və qəsəbə girişlərində erməni dilində yazılar və s. bu kimi çirkin addımlar minlərlə şəhidin ruhuna qarşı hörmətsizlikdir, Tuzlucadakı bu hadisəni şiddətlə qınayaraq bu torpaqlarda uyuyan şəhidlərimizə qarşı atılan çirkin addımlara cavabsız qalmayacağımızı qətiyyətlə bildiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00