“Cinsi azlıqlar tərəfindən idarə olunan Avropa Parlamenti...”- MirHəsən Seyidov

 "Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin Avropa Parlamentinin sədri Marten Şulsa  ünvanlanmış rəsmi məktubu bir daha sübut edir ki, Azərbaycana qarşı atılan addımlardakı ikili standartlar mexanizmi hələ də öz qüvvəsində olduğu kimi qalır". Azadinform xəbər verir ki, bu barədə açıqlama ilə "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edib.M.Seyidov bildirib ki, məhz bu səbəbdən Azərbaycan bu addımı müstəqil siyasətə müdaxilə qismində dəyərləndirir: "Ermənistanın müntəzəm olaraq müxtəlif dairələrdən aldığı dəstəyin olmasına baxmayaraq, Ermənistan haqqında müzakirənin Avropa Parlamentində heç bir zaman gündəmə gətirilməməsi faktını vurğulayan Belçika senatının sözçüsü eyni zamanda Şərq tərəfdaşlığında Azərbaycanla düzgün dialoq qura bilməməsi faktorunu da üzə çıxarmışdır. Ümumilikdə Azərbaycanda baş verən bütün ictimai-siyasi proseslərin yaxınlaşdığı bir dövrdə cinsi azlıqlar tərəfindən idarə olunan Avropa Parlamenti nümayəndələrinin Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul etməsi, eyni adlı tədbirlərdə İslam dəyərlərinə hörmətsizliklə yanaşılması təcrübəsi artıq yetərincə çox görünür. Şərqi Avropa tərəfdaşlığın qurulması ən vacib rola malik olan Azərbaycan və onun vətəndaşı artıq bu quruma qarşı olan etimadını ciddi şəkildə sarsıtmışdır və insanımızda ikrah hissi yaratmışdır".M.Seyidov əlavə edib ki, Avropa Parlamentindəki bəzi dairələrin birbaşa təsiri nəticəsində Parlament sədrinin konstruktiv yanaşmanı itirməsi birmənalı şəkildə açıq-aydın özünü birüzə verir ki, bunu nəzərdə qaçırmaq mümkünsüzdür: "Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini və bərabərhüquqlu əməkdaşlığı inkişaf etdirməyə hazırdır və bu gün də bu mövqeyini saxlamaqdadır. Amma Azərbaycan özünün daxili işlərinə xaricdən müdaxilə cəhdlərini qəbul etmir və Avropa da bu qaydadan istisna deyil. Avropa Parlamenti tərəfindən Azərbaycandakı Parlament seçkilər üçün göndərilməsi planlaşdırılan şəxslər isə Azərbaycan üçün tövsiyə xarakteri daşımamaqdır. Sonda hər zamankı kimi xalq öz vəkilini seçmək hüququndan istifadə edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00