Müşfiq Ələsgərli: Xarici jurnalistlər fəaliyyət göstərdikləri ölkənin qanunlarına riayət etməyə borcludurlar

"Azərbaycan haqda mənfi imic yaradıb guya burada söz azadlığının pozulduğunu iddia etməyə əsas yoxdur. Əgər ölkəmizdə fəaliyyət quran hanısa xarici KİV qanunvericiliyə əməl etməyibsə, bu, onların problemidir. Qaydalara zamanında əməl etmək lazım idi".Bu fikirləri "AZADİNFORM"a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli ölkəmizdəki xarici KİV-lərin fəaliyyətini şərh edərkən deyib. Onun sözlərinə görə, 2009-cu ildən start götürən anti-Azərbaycan kampaniyası hələ də bitməyib və ölkəmizə qarşı haqsızlıq davam edir: "Hər kəs fəaliyyət qurduğu ölkənin qanunlarına tabe olmalıdır. Bu, hər kəsin borcudur. Bütün dövlətlər kimi, Azərbaycan da öz maraqlarını müdafiə edir və ona qarşı çıxanlara qanunla məhdudiyyət qoyur. Bundan sui-istifadə edib ölkəmizin söz azadlığını pozduğunu demək, doğru yanaşma deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00