ADP heç bir partiyaya dəstək verməyəcək
22 Sentyabr 2015 18:24 SiyasətAzərbaycan Demokrat Partiyası parlament seçkilərində heç bir partiya və fərdə dəstək nümayiş etdirməyəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın sədr müavini Taliyət Əliyev deyib ki, demokratlar hətta müttəfiqləri olduqları Ümid Partiyasının namizədlərinə də dəstək verməyəcəklər: "Baxmayaraq ki, ADP Qarabağ blokunda Ümid Partiyası ilə müttəfiqlik edir, ancaq buna baxmayaraq demokratlar ümidçiləri də dəstəkləməyəcəklər. Çünki partiya olaraq seçki prosesində iştirakdan imtina etmişik. Ona görə Azərbaycan Demokrat Partiyasının kimisə dəstəkləməsi verilən qərara zidd olardı". Taliyət Əliyev onu da deyib ki, amma partiya üzvləri fərdi şəkildə seçkilərdə iştirakda və ya kiməsə öz dəstəyini verməkdə azaddır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00