ATƏT PA: Azərbaycanda seçkiyə müşahidəçi göndərib-göndərməməklə bağlı hələlik yekun qərar verilməyib
22 Sentyabr 2015 17:07 SiyasətATƏT Parlament Assambleyası (PA) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyib-izləməyəcəyi ilə bağlı hələ qərar verməyib. Bu barədə APA-ya ATƏT PA-nın kommunikasiya direktoru Riçard Solaş bildirib. Onun sözlərinə görə, hələlik yekun qərar verilməyib: "Qərar yayımlanacaq press-relizlə açıqlanacaq".
Qeyd edək ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyini bəyan edib. Seçkilər noyabrın 1-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00