“AXCP kimi bizi tanıyacaqlar” – AXCP EQTK-dan AÇIQLAMA

Mehman Muradlı: “Qurultayda naziriliyin nümayəndəsinin də iştirakının təmin edilməsi ilə bağlı müraciət edəcəyik”

AXCP Etimad Qurultayı Təşkilat Komitəsi oktyabrda qurultay keçirəcək. Bununla TK AXCP təmsilçiliyinin onlara verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcək. Bu barədə "Olaylar"a açıqlamasında AXCP EQTK üzvü, hüquq müdafiəçusu Mehman Muradlı bildirdi ki, indiyədək 30-a yaxın rayon və 2 şəhərdə konfrans keçiriblər. M. Muradlı nəzərdə tutulan işlərin tamamilə görüldüyünü qeyd edib: "Hesab edirəm ki, qurultaya kimi rayonların sayını 50-ə çatdıra biləcəyik. Qurultayımızı keçirəndən sonra əlbəttə ki, Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Qurultayda nazirliyin nümayəndəsinin də iştirakının təmin edilməsi ilə bağlı müraciət edəcəyik. Gözləntimiz ondan ibarətdir ki, AXCP kimi biz tanınacağıq. Əgər bu baş verməsə, o zaman məhkəməyə müraciət edib hüquqlarımızın bərpa edilməsini tələb edəcəyik". ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00