Prezident İlham Əliyev Bakı və Şəki Apellyasiya məhkəmələrinə sədrlər təyin etdi
21 Sentyabr 2015 19:40 SiyasətPrezident İlham Əliyev Bakı və Şəki Apellyasiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin, Mübariz Dosməmməd oğlu Əkbərov isə Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Vəli Əsgər oğlu Abdullayev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00