ADP rus qoşlunlarının işğal altında olan ərazilərə yerləşdirilməsinin əleyhinədir
21 Sentyabr 2015 17:14 SiyasətAzərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti son vaxtlar Dağlıq Qarabağın bəzi rayonlarının azad edilməsi müqabilində rus qoşunlarının "sülhməramlılar" adı altında Azərbaycanın işğal altında olan ərazilərinə yeridiləcəyi ilə bağlı ölkə və beynəlxalq mətbuatda gedən informasiyaları müzakirə edib. İdarə Heyəti belə bir hadisənin Azərbaycanın suverenliyinin məhdudlaşdırılmasına gətirib çıxara biləcəyini nəzərə alaraq, hətta Azərbaycan ərazilərinin işğaldan azad olunması müqabilində rus qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsinin yolverilməz olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00