ÜAK və "Azərros" birləşir

Moskvada Rusiya Azərbaycanlılarının I Forumu ilə əlaqədar Təşkilat  Komitəsinin iclası keçirilib. "OLAYLAR"-ın DİDK-yə istinadən verdiyi xəbərə görə, iclasda Rusiyanın regionlarında fəaliyyət göstərən azərbaycanlıların federal milli-mədəni muxtariyyətlərinin və ÜAK-ın regional bölmələrinin rəhbərləri iştirak edib. "Azərros" federal milli-mədəni muxtariyyəti iclasda Kostroma, Nijni Novqorod və Moskva bölmələrindən başqa, bütün regional rəhbərləri ilə təmsil olunub. Təşkilatın adından "Azərros"un  Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev çıxış edərək, "Azərros"un tarixində yeni səhifənin açıldığnı deyib.  Toplantıda iştirak edən ÜAK və "Azerros"un regional rəhbərləri hər iki təşkilatın birləşməsi barədə deklarasiya qəbul edib. Lakin ÜAK-ın adı və tarixi ümummilli lider Heydər Əliyevlə bağlı olduğuna görə birləşmə prosesində ÜAK-a prioritet veriləcəyi bildirilib. Sənədə əsasən, Rusiya Azərbaycanlılarının I Forumuna qədər təşkilatların daha sürətli inteqrasiyası üçün onların bir binada - Rusiya Azərbaycan İcması Evində yerləşməsi qərarı verilib. Həmçinin, təşkilatların saytlarının birləşdirilməsi də qərara alınıb. İclasda həmçinin "Azərros"un Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev Azərbaycan regional diaspor rəhbərlərinin təklifi ilə ümumi Azərbaycan diasporu "Ağsaqqallar Şurasının" sədri təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00