“Rusiya Qərb-Azərbaycan əlaqələrinin korlanması üçün bütün gücüylə çalışır”
Elxan Şahinoğlu: “Ancaq Rusiya nə vaxtdan bizim qayğıkeşimiz oldu?”
21 Sentyabr 2015 12:53 Siyasət"Rusiyanın Azərbaycandakı "5-ci kolonu" Qərbin Azərbaycandakı "5-ci kolonundan" dəfələrlə güclü və təhlükəlidir". Belə bir iddia ilə politoloq Elxan Şahinoğlu çıxış edib. "Rusiyanın RTR kanalının analitik "Vesti nedeli" proqramında Azərbaycan haqqında reportaja baxdım. Reportajın mahiyyəti bundan ibarətdir: 1.Qərb Azərbaycanda inqilab etmək istəyir; 2. Azərbaycanın əsl dostu Rusiyadır. Yenə birinci bənd ətrafında mübahisə etmək olar, mənim özüm də bəzən Qərbin ikili standartlarını tənqid edirəm. Ancaq Rusiya nə vaxtdan bizim qayğıkeşimiz oldu? Rusiyanın Azərbaycandakı "5-ci kolonu" Qərbin Azərbaycandakı "5-ci kolonundan" dəfələrlə güclü və təhlükəlidir", - deyə E. Şahinoğlu qeyd edib. Politoloqun sözlərinə görə, bu gün Qərbin Azərbaycanla münasibətlərinin pis olmasına ən çox istəyən və çalışan elə Rusiyanın özüdür. O, Rusiyanın Qərblə Azərbaycanın münasibətlərinin korlanması üçün bütün gücüylə çalışdığını bildirib. ("OLAYLAR" İA)