Elçin Mirzəbəyli seçkilərdə iştirakla bağlı qərarını sabah açıqlayacaq

AZADİNFORM. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli parlament seçkilərində iştirakla bağlı qərarını sabah açıqlayacaq. Azadinform xəbər verir ki, bu barədə E.Mirzəbəyli özü məlumat verib."Dəyərli həmkarlar, son 15 il ərzində mənə bir siyasət adamı kimi göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkürümü bildirirəm. Nümayiş etdirdiyiniz diqqəti, göstərdiyiniz sayğı və sevgini yüksək qiymətləndirirəm. Son günlər mənə ünvanladığınız sualları cavablandırmaq imkanında olmadığım üçün üzr istəyirəm. Lütfən bunu sayğısızlıq kimi qəbul etməyin" - deyə E.Mirzəbəyli əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00