“Kişinin kişi, qadının qadınla evlənməsini stimullaşdıran Avropa dünyanı hara aparır?”

Sabir Rüstəmxanlı: “İndi də Azərbaycanı qarışdırmaq istəyirlər”

"Bu qətnamə yalnız Azərbaycan hakimiyyətinin təhqiri deyil. Bu qətnamə xalqa təhqiridir". Bunu Milli Məclisin fövqəladə iclasında çıxışı zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib. Millət vəkili əlavə edib ki, biz ikili standartları görürük və buna uyğun olaraq işimizi qurmalıyıq: "Heç kim demir ki, Azərbaycan hakimiyyətinin qüsur yoxdur. Amma buna yanaşmanın özü qüsurlu və qərəzlidir. Burada şübhəsiz erməni lobbisinin ardıcıl və qərəzli rolu var. Bu gün islama və türkçülüyə qarşı gedən oyunlar görünür. Azərbaycanı ayrıldığı şər imperiyasına itələmək cəhdi var. Burada Azərbaycan və Avropa münasibətlərini qoparmaq cəhdi var. Bir müsəlman ölkəsində "normal və demokratik ölkə qurula bilmız" mesajı var. Burada xəyanət silsiləsi var. İranla bağlı sanksiyalar aradan qaldırılır. "Ərəb baharı" adı altında Şərqi qarışdırıblar, Azərbaycan isə bir "sabitlik adasıdır". İndi də Azərbaycanı qarışdırmaq istəyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00